Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.
7news.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.
İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.
Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.
7news.Az








