Bakı şəhər Baş Polis İdarəsi keçirilmiş aksiya ilə bağlı məlumat yaydı.
BŞBPİ–nin məlumatında deyilir:
"Bu gün "Müsavat” partiyasının Yasamal rayonundakı "Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”./apa
7news.Az








