Bakı Slavyan Universitetində (BSU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış məktəbinin yekunları müzakirə olunub.
Müzakirələrin gedişində qış məktəbinin fəaliyyəti barədə ətraflı məlumat verilib.Tədbir iştirakçıları qış məktəbinintəşkili zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu, Azərbaycana maraq göstərən əcnəbi tələbələrin ölkəmizin dostlarına çevrildiyini, öz vətənlərinə respublikamız barədə ən xoş təəssüratlarla qayıtdıqlarını vurğulayıblar. Tədbirdə gələcəkdə yay və qış məktəblərinin daha yaxşı təşkil olunmasına yönəlmiş təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.
7News.Az








