
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
Harri 14 yaşından Kleyn-Levin sindromundan əziyyət çəkir. Bu adam bir neçə gündən bir neçə ay müddətinədək yuxuya gedə bilər.
Xəstəlik adətən yeniyetmələrdə olur, lakin uşaq və böyüklərdə də bu sindroma rast gəlinir.
Xəstəliklə bağlı Dan bir dəfəsində ard-arda 41 gün yatıb. 16 və 17 yaşını, Milad bayramını və digər əlamətdar günləri də yuxuda keçirib.
Lakin ən maraqlısı odur ki, Harri yuxuda olduğu zaman sanki zombiyə çevrilir: yemək, çimmək kimi müəyyən hərəkətləri yerinə yetirsə də, baş verənləri emosional olaraq dərk etmir və ayılanda heç bir şey yadında olmur.
7News.Az








