
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə KCTV telestansiyasının saytı yazır.

Bununla o, təkcə şəxsi həyatını qaydasına salmağı deyil, evsiz heyvanlar üçün olan sığınacağa da yardım etməyi düşünür.

Belə ki, onun üçün ideal olan qadını tapan kəsə verəcəyi 25 min dollardan əlavə, Ceff həmin məbləğdə pulu sığınacağa da keçirmək niyyətindədir.

Bu ideya üzərində o, son 6 ay ərzində işləyir.

Gebhart boş görüş və onlayn tanışlıqlardan yorulduğunu etiraf edib. Bu elanı etməzdən öncə o, əksəriyyəti psixoloq olan dostlarıyla məsləhətləşib. Axtarışda olanlara yardım etmək üçün onlar birlikdə kiçik bir anket hazırlayıblar.

Ceff üçün qadının itlərə münasibəti də əhəmiyyətlidir. Onun özünün Gunnar ləqəbli iti var.

Onun üçün ideal qadın ola biləcəyiniz, yaxud eləsini tapa biləcəyinizi düşünürsünüzsə, bunun üçün hazırladığı Datejeffg.com saytına daxil ola bilərsiniz.

7News.Az








