Bu adam "HEÇ YERDƏN" peyda olur - müşahidə kamerasından ŞOK VİDEO
Qədim zamanlardan teleportasiya çox müzakirə olunan mövzu olub. Uzaq məsafələri saniyədə qət etmək, zamanda səyayət, bir aləmdən başqa aləmə keçid bir çox fantastik filmlərdə ekranlaşdırılıb.
7News.Az-ın esoreiter.ru-ya istinadən oxuculara təqdim etdiyi video isə real həyatda, Yaponiyada müşahidə kamerasıyla qeydə alınıb.
Kadrlardan göründüyü kimi, papaqlı insan qəfildən küçənin ortasında peyda olur, lakin heç bir şey olmamış kimi, yoluna davam edir. Ətrafdakıların ona diqqət yetirməməsi də təəccüb doğurur. Bu səbəbdən bəzi şərhçilər onun yalnız kamerada göründüyünü ehtimal edirlər.
Bir çoxları isə videonun "fake" olduğunu düşünür. Amma yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buyurun, baxın...