RU
Bu adam istirahət edərək və ac qalmadan 200 kq ARIQLADI - FOTOLAR
17:30
576

Bu adam istirahət edərək və ac qalmadan 200 kq ARIQLADI - FOTOLAR

Avstraliya sakini Endrü Zed ac qalmadan və idmanla məşğul olmadan 200 kq arıqlayıb.

7News.Az-ın ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, gününü yeyib yatmaqla keçirən Endrünün çəkisi normanı xeyli aşdıqda, sevgilisi ondan ayrılır. Lakin bundan sonra özünü ələ almaq əvəzinə, o, depressiyaya düşür və daha da çox yeməyə başlayır.

Bu adam istirahət edərək və ac qalmadan 200 kq ARIQLADI - FOTOLAR

8 il ərzində şirin qazlı içkilər, pizza, dondurma, rulet, sarımsaqlı çörək, makaron, toyuq və digər yüksək kalorili qeyri-sağlam qidalar Zedin çəkisini 320 kiloqrama çatdırır.

Bu adam istirahət edərək və ac qalmadan 200 kq ARIQLADI - FOTOLAR

Endrü çəkisinə görə artıq nə təyyarədə uça bilir, nə kafedə oturub yeyə bilir. Hərəkət etmək, liftə minmək və digər adi gündəlik işlər də onun üçün çətinləşir. Həkimin xəbərdarlıqları isə son nöqtəni qoyur.

Arıqlamasa, yataq xəstəsinə çevriləcəyini, bunun da ölümlə nəticələnəcəyini eşitdikdə, o, nəhayət həyatını dəyişmək qərarına gəlir.

Endrü Tailanda yollanır və burada xüsusi metodikayla aparılan arıqlama proqramına yazılır.

Prosesin unikallığı ondan ibarət olur ki, arıqlamaq üçün idman zalında tər tökməyə və yeməkdən imtina etməyə ehtiyac olmur. Əksinə, proqrama çox ləzzətli qidalar, yaxşı istirahət, çimərlik və gəzintilər daxil edilir.

Lakin yeməklər azkalorili olduğundan Endrü bir ilə 201 kilo arıqlayır.

Hazırda onun həyatı tamam dəyişib: depressiyadan azad olan və gələcəyə pozitiv baxan kişinin sevgilisi var.

Bu adam istirahət edərək və ac qalmadan 200 kq ARIQLADI - FOTOLAR

Endrü daha bir neçə kilo atıb çəkisini 85 kiloqrama çatdırmağı, daha sonra isə artıq dəridən qurtulmaq üçün əməliyyat etdirməyi planlaşdırır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ