Evin zirzəməsindən müxtəlif səslər eşidilir.
Gecə saatlarında artan səs-küy ev sahibini daha da qorxudur.
Ailə üzvlərindən evin altında nəyinsə olduğunu da deyirlər..
Kiçik nəvəsi ilə birgə Goranboy rayonun Muzdurlar kəndində yaşayan Zərgül Zeynalova bir neçə gündür qorxulu anlar yaşıyır. Evin müxtəlif hissələrindən gələn qəribə səslər qadının gözünə yuxu getməyə qoymur.
Muzdurlar kənd sakini baş verən hadisəni qohum-əqrəbaya, övladlarına danışıb. O ,deyir ki,qızı yay aylarında zirzəmidə böyük ilan görüb.
Gündüz saatlarında zirzəmiyə baxış keçirilsədə hər hansı varlıq gözə dəyməyib. 1960-ci illərdə inşa edilən evdə eşidilən müəmmalı səslərdən qurtulmaq üçün ailə üzvləri çarə axtarır. Məsələ ilə bağlı müvafiq qurumlar da məlumatlandırlıb.//xəzərxəbər.com
7News.az








