RU
Bu aktrisa Gəncə Teatrından qaçaq düşüb
10:38
1652

Bu aktrisa Gəncə Teatrından qaçaq düşüb

Gəncə Dövlət Dram Teatrında rəhbərliklə aktyorlar arasında gərginlik səngimək bilmir.

Teatrın baş rejissoru İradə Gözəlova bu ilin yanvarından aparıcı aktrisa Kəmalə Məmmədovaya rol vermir. Mənbə bildirir ki, Məmmədova artıq Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığa başlayıb və teatrın baş rejissoru Mirbala Səlimlinin dəvəti Haldun Taner in "...Və dəyirman dönərdi" əsərində rol alıb.

Məsələ ilə bağlı Kəmalə Məmmədovanın mövqeyini öyrənməyə çalışsaq da, aktrisayla əlaqə saxlamaq mümkün olmayıb. Sonradan məlum olub ki, o, hazırda Şəki Teatrında baş rolu-Serapı oynadığı "...Və dəyirman dönərdi" əsərinin məşqindədir.

Xatırladaq ki, tamaşanın premyerası dekabrın 10-da baş tutacaq.

Məsələ ilə bağlı Gəncə Dövlət Dram Teatrının da mövqeyini dərc etməyə hazırıq. /olke.az

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ