RU
“Bu anti-milli ünsürlərdən hər şey gözləmək mümkündür” - DEPUTAT
16:57
382

“Bu anti-milli ünsürlərdən hər şey gözləmək mümkündür” - DEPUTAT

"Bildiyiniz kimi, bir neçə gün öncə ölkədə fəaliyyət göstərən siyasi partiyalar təyyarə qəzası ilə bağlı bəyanat yaydılar və Azərbaycan xalqına başsağlığı verdilər. Fəqət, yenə də 2 partiya ortalıqda yox idi. Üstəlik, yoxluqları qalsın bir yana, əllərindən gələn sürəcdə mövzunu kontekstdən çıxarmağa, faciə üzərindən belə iqtidarı ittiham etməyə, baş vermiş bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirməyə çalışdılar.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
 
"Və desəm ki, təəccübləndim, doğru olmaz. Çünki təəccüblənmədim. Çünki bu anti-milli ünsürlərdən hər şey gözləmək mümkündür. Çünki AXCP və Müsavat özlərini bizdən hesab etmirlər. Çünki Vətən Müharibəsində dövlətin və xalqın yanında ola bilməyənlər, Şuşanın, Xankəndinin geri qayıtmasına sevinməyənlər, erməniyə erməninin özündən betər azarkeşlik edənlər milli faciəmizə münasibətdə də başqa cür davranası deyildilər” – deyə millət vəkili fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ