RU
Bu baş məşqçi prezidentin müşaviri olmaq istəyir
16:06
952

Bu baş məşqçi prezidentin müşaviri olmaq istəyir

İşindən çox gurultulu bəyanatları ilə tanınan futbol adamı stadiondan prezident sarayına “atlanmaq” istəyir.

7News.Az "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural “Hürriyet” qəzetinə müsahibəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri olmaq istədiyini deyib:
 
“Ölkəmizdə siyasətlə məşğul olmaq və insanları idarə etmək çox çətindir. Məsələn, Almaniyada siyasətə baş vurmaq  hansısa komandaya azarkeşlik etməklə eyni tutulmir.
 
Bir xıristian-demokratlar, bir də sosial-demokratlar hakimiyyətə gəlirlər. Seçici yaxşı iş bacarana səs verib onu seçməlidir.
 
Təəssüf ki, xalqımız bu məsələdə “sinifdə qalır”. Mən prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğanın yerinə olmaq istəməzdim.
 
O, lider olaraq cəmiyyətin 52 faizinin etimadını qazanıb, xalq onu çox sevir.
 
Kaş prezidentimizin futbolla əlaqədar da bir müşaviri olaydı. Futbolda böyük problemikalər var, Futbol Federasiyasının strukturu dəyişməlidir, problemlər şişib partlamaq həddinə gəlib.
 
Futbol sadəcə, idman deyil, böyük sektordur. Bu məsələdə müşavir olub problemləri prezidentimizə çatdırmaq istərdim”.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ