Jennifer Lopez Us Weekly maqazin jurnalına müsahibə verib.
Pop ulduz dünyanın ən gözəl bədəninə sahib olmaq üçün tər tökdüyünü bildirib.
46 yaşlı müğənni gözəllik sirləri barədə qısa məlumat verib:
“Qida qəbul edərkən çox diqqətli oluram. Siqaret çəkmirəm, spirtli içki və qəhvə içmirəm. Tərəvəzlərə üstünlük verirəm. Brokoli, Brüssel kələmi, quşqonmaz kimi yaşıl tərəvəzlərlə qidalanıram. Hər gün ən azı 10 saat yatmalıyam. Yatmamışdan əvvəl idmanla məşğul oluram”.
7news.az














