"Bu çirkin yolla "ölü siyasətçilər” olaraqözlərini siyasi səhnədə diriltməyə çalışırlar” – MİLLƏT VƏKİLİ
"Əlbəttə ki, Ermənistanın bu əməli ordumuz tərəfindən cavabsız qalmadı. Bizə hücum edən düşmənin hərbi birləşmələri darmadağın edildi. Təəssüf ki, "Qətiyyətli cavab” əməliyyatında şəhidlər də verdik. Bu gün bütün xalqımız şəhidlərimizi böyük ehtiramla yad edir, dövlətimizin keşiyində dayanan hərbiçilərimiz üçün dualarını əsirgəmir.”
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Ramil Həsən deyib: "Hazırda bütün Azərbaycan xalqının, cəmiyyətimizin diqqəti Ermənistanla sərhədə köklənib. Erməni tərəfinin sentyabrın 12-də gecə saatlarından başlayaraq ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatları gərginliyi daha da alovlandırdı. Bu təxribatla Ermənistan hakimiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirdi. Halbuki, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən çox vaxt keçməmişdi. Həmin görüşdə tərəflər sülh sazişinin mətninin hazırlanması üçün razılığa gəldiyini bəyan etmişdilər. Görüşdən sonra Azərbaycan humanist addım ataraq beş erməni hərbçini Ermənistana təhvil verdi. Amma əvəzində isə rəsmi İrəvan qeyd etdiyimiz təxribatlarla cavab verdi.

Əlbəttə
ki, Ermənistanın bu əməli ordumuz tərəfindən cavabsız qalmadı. Bizə hücum edən
düşmənin hərbi birləşmələri darmadağın edildi. Təəssüf ki, "Qətiyyətli cavab” əməliyyatında
şəhidlər də verdik. Bu gün bütün xalqımız şəhidlərimizi böyük ehtiramla yad
edir, dövlətimizin keşiyində dayanan hərbiçilərimiz üçün dualarını əsirgəmir.
Bir sözlə, xalqımızın ürəyi düşmənlə üz-üzə dayanan əsgərlərimizlə döyünür.
Eyni zamanda, bugünlər Azərbaycan xalqı və cəmiyyəti sarsılmaz birlik və həmrəylik
nümayiş etdirir.
Amma bu proseslər fonunda yenə də radikal müxalifət ünsürləri xalqımıza, dövlətimizə
və qəhrəman ordumuza dönük çıxdı. Hazırkı məsuliyyətli və taleyüklü günlərdə
Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural
Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin
Hacıbəyli kimiləriaz qala rəsmi Yerevan və onun məlum havadarlarının
mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu
çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. Məsələn,
adını "ziyalı” qoyan Altay Göyüşovun mövqeyi Paşinyanın mövqeyindən heç nə ilə
fərqlənmir. Çünki ikisi də Azərbaycanı "təcavüzkar” hesab edir.
Bundan əlavə, Qubad İbadoğlu adlı ünsür sosial şəbəkələr üzərindən etdiyi
paylaşımlarda mövcud vəziyyəti təhrif edərək günahı Azərbaycanın üzərinə
atmağa, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərdən istifadə edərək
siyasi divident qazanmağa çalışır. Məqsəd isə ölkə daxilində müəyyən qarşıdurma
yaratmaqdır. Ermənilərlə həmrəylik nümayiş etdirən digər milli satqın isə AXCP
sədri Əli Kərimlidir. Əslində, ötən illər ərzindəki fəaliyyəti dövründə Ə.Kərimli
satqınlığını dəfələrlə sübut edib. Amma o, indiki hadisələrdən yararlanaraq bu
"statusunu” daha da gücləndirməkdədir. Üstəlik, AXCP sədri düşmən ordusunun məhv
edilmədiyini, Ermənistanın kapitulyasiyaya məruz qalmadığını, Qarabağ məsələsinin
bitmədiyini iddia edəcək dərəcədə siyasi riyakarlıq və məsuliyyətsizlik nümayiş
etdirir.
Maraqlıdır
ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham
edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə xətrinə dəyəcək bir kəlmə
də işlətmirlər. Əslində, Ermənistan bir daha dünya ictimaiyyətinin gözü
qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd
sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını
ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Ermənidən artıq ermənilik
edən ünsürlər bu reallıqları Paşinyandan da yaxşı bilirlər.
Əslində, bu milli xəyanətkarlar siyasi cəhətdən ölüdürlər. Nə qədər xain xislətli
olasan ki,vicdansızcasına, haqsızcasına, 44 günlük Vətən müharibəsindəki
qələbəyə kölgə salasan, torpaq uğrunda canlarını qurban verən şəhidlərimizin
ruhuna hörmətsizlik edəsən, müzəffərAli Baş Komandanımızın imicinə, qətiyyətinə
zərbə vurmağa çalışasan! Bütün cəmiyyətimiz bu ünsürlərin şərəfsizliyini görməlidir.
Hər zaman olduğu kimi, onlar düşmənin mövqeyini müdafiə, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirirlər. Bu çirkin yolla "ölü siyasətçilər” olaraqözlərini siyasi səhnədə diriltməyə çalışırlar. Amma xalqımız hər zaman ayıq-sayıqdır. Xalqımız, ədalətin, işğal və işğaldan qurtulmağın nə demək olduğunu, dövləti necə qorumağı çox yaxşı bilir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm xarici, həm də daxili düşmənlərimizi yox etmək qüdrətindədir. Bütün vətəndaşlarımız hər zaman möhtərəm Prezidentimizin, şanlı Ordumuzun yanındadır!!!
"Ermənistanın növbəti dəfə burnun əzilməsindən ən çox narahatlıq keçirib əl-ayağa düşən İrandır”
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "Azərbaycanın "Qətiyyətli cavab” əməliyyatı nə göstərdi?
1. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hay faşizminin bir daha baş qaldırmasına imkan verilməyəcəyi haqda xəbərdarlığını gözardı etməyin nə demək olduğunu, hər kəs, ilk növbədə də üzərinə götürdüyü öhdəlikdən boyun qaçıran Ermənistan gördü.

2. Azərbaycan ordusu döyüş meydanında növbəti dəfə sərgilədi ki, hərbi-texniki təminat və peşəkarlıq baxımından iki il bundan əvvəlkindən də güclüdür, üstündür.
3. Açıq hiss olunur ki, cəmiyyət iki il bundan öncə necə idisə, indi də o cür yekdildir, dövlətin və ordunun yanındadır. Hər bir azərbaycanlı, qərbdəki və Tehrandakı bəlli çevrələrə bağlı ünsürlər deyil, bəli məhz azərbaycanlı, Azərbaycanladır.
4. Rəsmilərinin açıqlamalarıyla təsdiqlədilər ki, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada üzərlərinə guya vasitəçilik missiyası götürən ABŞ-la Fransa heç vaxt obyektiv olmadıqları kimi yenə də elədirlər və indi daha betərdilər. Elə həm də bu üzdən regiona təsirlərini də get-gedə itirirlər.
5. Ermənistanın növbəti dəfə burnun əzilməsindən ən çox narahatlıq keçirib əl-ayağa düşən İrandır. İran haylara Ermənistanın forpostluq etdiyi Rusiyadan daha çox müttəfiqliyini sərgiləməyə çalışır ki, bu, molla rejiminin sosial şəbəkədə sülənən troll dəstəsinin hərəkətində də açıq-aydın sezilir.
6. Hayların ayıq başlıları yəqin anlamamış olmadılar ki, bəzi dövlətlərin rəsmiləri Paşinyanın yalvarışlı gecə zənglərinə görə deyil, məhz öz siyasi və geosiyasi maraqları tələb etdiyi üçün onların qulaqlarına xoş gələn açıqlamalar səsləndirsələr də, söhbət əməldən gedirsə, Ermənistan gücsüz olduğu qədər də təkdir.
7. Ən əsası "Qətiyyətli cavab” əməliyyatı göstərdi ki, millətinin başı dik gəzməsi üçün yenə hər şeyi göz önünə alan necə şərəfli oğullarımız var. Bu döyüşlərdə canlarından keçən 50 şəhidimizin, o uca məqamlıların ruhlarını şad etmək indi bizim həyat prinsipimiz olmalıdır. Hay faşizminə əbədi son qoyulmalıdır.”
Mənsur Mustafayev
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.9








