RU
“Bu cür ayrı- seçkilik etmək çox təhlükəlidir”
12:23
1140

“Bu cür ayrı- seçkilik etmək çox təhlükəlidir”

“Bu hadisələr fonunda ictimaiyyətdə müzakirə olunur ki, niyə məmur övladları əsgərə, döyüşə getmir. Bu cür ayrı- seçkilik etmək çox təhlükəlidir”

7News.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı bildirib. O, deyib ki, hamı etiraf etdi ki, problem diplomatik və hərbi yolla aparmalıdır: “Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlılarınkı yox. Bu çox təhlükəli tendensiyadır və ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir”.

Deputat eyni zamanda millət vəkillərinin şəhid ailələrini ziyarət etməməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Yazdılar ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu, biabırçılıqdır. Özümüz də şəhidlərin dəfn mərasimlərində iştirak edirik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunun xüsusi kateriya kimi ayırmaq düzgün deyil. Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? İndi biz də hər məzar başına gedəndə fotoqraf aparaq ki, şəklimizi çəksin. Camaat da görsün ki, biz də şəhidləri ziyarət etmişikmi? Bu düzgün deyil. Cəmiyyəti bölgülər üzrə ayırmaq təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir”.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının fikirlərini dəstəkləyib. Bildirib ki, elə mövzular ki, onlar üzrərində siyasət aparmaq olmaz: “Bu mövzulardan biri də şəhid məsələsidir. Çox təəssüflər olsun ki, bəziləri nankorkasına bu məsələnin üzərində də siyasət qururlar. Deyirlər ki, guya deputatlar dəfn mərasimində iştirak etmir. Ayın 13-də Naxçıvanda şəhidin dəfn mərasimində Naxçıvandan olan deputatlar iştirak edirdi. Orada şəhidin əmisi dedi ki, Vasif Talıbovun bu gün anası rəhmətə gedib. Amma o anasının dəfn mərasimini yarımçıq qoyub bura gəlib”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ