Hadisə ABŞ-ın Nyu-York şəhərində meydana gəlib.
7News.Az xəbər verir ki, koronavirus xəstələrinə baxan tibb bacısı xəstələrdən birinin pensiya kartını oğurlayıb. O, kartdan 60 dollar pul çıxararaq ərzaq alıb və avtomobilinə benzin doldurub. 43 yaşlı tibb bacısı bu addımı xəstənin ölümündən 3 gün əvvəl edibmiş.
Qadın polislər tərəfindən saxlanılıb.

7News.Az








