Son günlər müzakirələrə səbəb olan məktəbli videolarına daha biri əlavə olunub. Belə ki, bu gün sosial şəbəkələrdə məktəblilərin sinif otağında pomidor-yumurta bişirdiklərini əks etdirən görüntülər paylaşılıb.
Hadisənin Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alındığı bildirilib.
Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları videoya çəkiblər.
Qeyd edək ki, bundan əvvəl də Bakıdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin digərini sinif otağında döydüyü görüntülər geniş müzakirələrə səbəb olmuşdu./olke
7NEWS.Az








