Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, "Dərman vasitələri haqqında” qanunu və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır. Bildiririk ki, 2017 yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.
7News.az








