"Avropa bəsirət gözünü açmalıdır. Həqiqətləri düzgün şərh etməyi, reallıqları araşdırmağı, ədalətin yanında olmağı bacarmalıdır. Avropa dərk etməlidir ki, 30 il boyunca və 44 günlük müharibə dövründə bütün vandallıqları, ləyaqətsizlikləri, iryənclikləri erməni edib. Tarixi abidələri, məscidləri viran qoyan da ermənidir, hərbi cinayətləri törədən də, bütün ümumbəşəri dəyərləri tapdalayıb üzərindən keçən də.” – 7news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Avropa Parlamentinin ölkəmiz əleyhinə çıxardığı qətnaməyə münasibət bildirərkən söyləyib.
"Məscidlərimizdə işğal boyunca donuz saxlayan erməni olub, tarixi abidələrimizi viran qoyan erməni olub, hətta bütün insanlıq fəlsəfəsinə zidd olaraq qəbiristanlıqlarımızı dağıdan, cansız qəbirlərdən belə acıq çıxan yenə erməni olub. Bunları niyə görmür Avropa? Bəlkə görmək istəmir? Bəlkə görmək işlərinə yaramır? Azərbaycan haranı və nə zaman dağıdıb? Bir fakt qoysunlar ortalığa. Qoymurlar. Qoya bilməzlər. Ümumi danışırlar. Üzdən gedirlər. Çünki özləri də anlayırlar ki, Azərbaycanla bağlı söylədikləri xəyal ürünündən, fantaziyalardan ibarətdir. Avropa yaxşı bilir ki, Azərbaycan öz haqlı mübarizəsində qalib olub. Öz əzəli torpaqlarını işğaldan azad edib. Müharibə dövründə mülki əhaliyə əl qaldırmayıb. Heç bir yeri və ya abidəni, məbədi, kilsəni dağıtmayıb. Dağıdıcı qüvvə məhz ermənidir. Dağıdıcı xislət məhz erməni xislətidir. Avropa Parlamenti məsələyə, mövzuya tam tərs və reallıqdan uzaq təfəkkürlə, erməni lobbisinin yalançı təbliğatına uyaraq münasibət bildirib. Üstəlik, çox böyük yanlışlıq edib. Bu, həqiqətən Avropa Parlamenti adına çox utancverici bir qətnamədir. Belə qətnamələr qurumun nüfuzunu daha da aşağı salır və dövlətlərin ona olan etimadını sarsıdır” – deyə millət vəkili fikirlərinə davam edib.








