RU
Bu elana görə polisə şikayət olundu
10:21
629

Bu elana görə polisə şikayət olundu

"Metro qatarlarında pərakəndəliyi aradan qaldırmaq üçün reklam vasitələri yığışdırılsa da, qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər var”.

7News.Az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yazıb. Mətbuat katibi bildirib ki, artıq ötən ildən Metro stansiyalarında yalnız müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur:

"Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib. Buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır. Belə ki, oktyabrın 3-də metro qatarında "İxlas su” şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir”.

Artıq "Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ