RU
Bu filmin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda bitəcək
00:20
486

Bu filmin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda bitəcək

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilişlərinə start verilən "Həddən artıq uyğunluq" filminin çəkilişləri davam edir.

7news.az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, filmin ssenari müəllifi Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, işraçı prodüsseri Tofiq Musayev, prodüsseri Müşfiq Hətəmovdur. Filmdə xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova və Tural Əsədov rol alacaq.

Şərti adı "Həddən artıq uyğunluq" olan film dövlət sifarişilə çəkiləcək. Ekran əsərinin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda davam etdiriləcək.

7news.az

Bu filmin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda bitəcək - Fotolar

Bu filmin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda bitəcək - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ