RU
Bu gecə Bakıda güclü yanğın olub: Ölən var
10:07
519

Bu gecə Bakıda güclü yanğın olub: Ölən var

Bakıda yanğın hadisəsi qeydə alınıb.

7News.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.

Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ