RU
Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
09:40
500

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

Bu gün Tbilisi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ