RU
Bu gün Bakıda düşmənin bizə qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir
11:40
156

Bu gün Bakıda düşmənin bizə qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi "İskəndər" raketlərinin qalıqları nümayiş edilir.

7News.Az Trend-ə istinadən bildirir ki, "İskəndər" raketlərinin qalıqları "Azərlandşaft" Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ