RU
Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür
11:50
353

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür

Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının özünəməxsus tarixi səbəbləri var.

7News.Az xəbər verir ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir.

1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün “unisaial şriftləri”, yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib.

1829-cu ildə Paris milli institunun yetirməsi Lui Brayl gözdən əlilliyi olan insanlar üçün hazırda bütün dünyada geniş yayılmış universal sistemi hazırlayıb. 12 yaşından başlayaraq buna o, üç il vaxt sərf edib.

2002-ci ildən etibarən hər il bu tarixdə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bir araya gəlib görmə qüsuru olan insanların problemlərinin həllinə çalışır.

Hazırda dünyada 124 milyon, Azərbaycanda isə 35 minə yaxın gözdən əlilliyi şəxslər vardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ