Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
7News.Az-ın məlumatına görə, 2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək.
Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.








