RU
Bu gün BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək
18:40
264

Bu gün BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı növbəti fövqəladə iclası keçiriləcək.

Bu barədə BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən bildirilib.

Qeyd olunub ki, iclasda müzakirələr açıq rejimdə aparılacaq və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinləniləcək.

İclas ABŞ vaxı ilə saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ