RU
Bu gün həbs edilən icra başçısı kimdir? — DOSYE
13:55
606

Bu gün həbs edilən icra başçısı kimdir? — DOSYE

7News.Az bu gün DTX əməliyyatçıları tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyevin tərcümeyi halını təqdim edir.
Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq 

vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki 

Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami 

Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər 
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 

2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ