Bu gün IX siniflər üçün keçirilən buraxılış imtahanında 1 nəfərdə "ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
Bu barədə 7NEWS.Az-a DİM-dən xəbər verilib.
Bildirilib ki, həmçinin imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
7NEWS.Az








