RU
Bu gün İsrail ilə HAMAS arasında danışıqlar davam edəcək
13:20
33

Bu gün İsrail ilə HAMAS arasında danışıqlar davam edəcək

Misirin Şarm əl-Şeyx şəhərində İsrail ilə HAMAS arasında vasitəçilər vasitəsilə keçirilən sülh danışıqları bu gün davam edəcək.

 Oktyabrın 6-da keçirilən danışıqlar zamanı HAMAS girovların azad olunması proseduru, həmçinin Qəzza sektorundan İsrail ordusunun çıxarılması miqyası və qrafiki ilə bağlı öz mövqeyini təqdim edib.
 
Təşkilat, İsrailin davamlı atəşkəsi təmin edib-etməyəcəyindən və qoşunları tamamilə çıxaracağından narahatlıq ifadə edib.

Buna baxmayaraq, Misir mediasının məlumatına görə, danışıqların ilk raundu "müsbət atmosferdə" başa çatıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ