Fransada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.
7News.Az-ın məlumatına görə, turnirin altıncı oyun günündə daha üç görüş keçiriləcək
Qrup mərhələsinin ilk oyununda B qrupunda yer alan Rusiya və Slovakiya yığmaları üz-üzə gələcək.
A qrupunda Rumıniya İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması isə AÇ-yə ev sahibliyi edən Fransa ilə qarşılaşacaq.
B qrupu
17:00. Rusiya - Slovakiya
Baş hakim: Damir Skomina (Sloveniya).
Lill.
A qrupu
20:00. Rumıniya - İsveçrə
Baş hakim: Sergey Karasyov (Rusiya).
Paris.
23:00. Fransa - Albaniya
Baş hakim: Uillyam Kollum (Şotlandiya).
Marsel.








