Bu gün Vətən müharibəsinin şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun doğum günüdür.
7News.Az-ın məlumatına görə, bu gün şəhidin 27 yaşı tamam olub.
A.Qəzənfər 1993-cü il Samux rayonunun Ziyadli kəndində doğulub.
O, Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 27-də yaralanıb. Noyabrın 15-də isə həyata gözlərini əbədi olaraq yumub.
Qəhrəman şəhidimizin dörd yaşlı oğlu var.
7News.Az








