RU
`Bu gün xoşagəlməz hadisə olmayıb`
18:26
1402

`Bu gün xoşagəlməz hadisə olmayıb`

Bakıda “Son zəng”lə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri davam edir. Bu saata qədər heç bir hadisə, xoşagəlməz olay qeydə alınmayıb.

Bunu  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Bakının mərkəzində yerləşən məktəblərdə tədbirlər hələki davam edir. Biz çalışırıq ki, şagirdlərin çox yığışdığı ərazilərə nəzarət edək. İndiyədək xoşagəlməz hadisə qeydə alınmayıb. Hələki hər şey qaydasındadır”.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 304 məktəbdə bu gün “Son zəng” tədbiri keçirilib. Bu məktəbləri IX siniflər üzrə 26614, XI siniflər üzrə 20052 şagird bitirib. Ümumilikdə Respublikanın ümumtəhsil məktəblərini IX siniflər üzrə 110222, XI siniflər üzrə 88591, XII siniflər üzrə 856 şagird bitirib./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ