RU
Bu gündən hava şəraiti sabitləşəcək, havanın temperaturu yüksələcək
11:10
84

Bu gündən hava şəraiti sabitləşəcək, havanın temperaturu yüksələcək

İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

Bu barədə 7News.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ