RU
Bu hadisə baş verərsə, dünyada internet kəsiləcək -XƏBƏRDARLIQ
21:11
520

Bu hadisə baş verərsə, dünyada internet kəsiləcək -XƏBƏRDARLIQ

Mütəxəssislər 2025-ci ildə Yer kürəsini güclü günəş fırtınasının vuracağını söyləyib.

7News.Az xəbər verir ki, mütəxəssislər iddia edirlər ki, 2025-ci ildə günəş sonuncu dövrünün zirvəsinə çatacaq. Nəticədə günəş fırtınası yerə doğru yol alacaq.
 

Mütəxəssislər kifayət qədər böyük olacağı gözlənilən günəş fırtınasının mümkün nəticələri ilə bağlı xəbərdarlıqlar ediblər.

Qeydlərin tutulmağa başladığı 1755-ci ildən bu yana 25 dəfə baş verən günəş fırtınası hadisəsi mütəxəssisləri normaldan çox daha sürətli olacağını deməyə vadar edir.
 
Bildirilir ki, günəş fırtınaları böyükdürsə, yerə güclü dağıdıcı təsir göstərə bilər. Elektromaqnit şüalanmanın şəbəkə sistemləri tamamilə sıradan çıxara, dünya  işıqların kəsilməsi ilə üzləşə bilər.

Bunun dünya üçün qaçılmaz təhlükə olduğu da ifadə edilib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ