Azərbaycanın əmək müqaviləsi olan vətəndaşları 4 gün işə getməyəcək.
Nazirləri Kabinetinin qərarına əsasən, bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək. Növbəti iki gün - 26-27 sentyabr şənbə və bazara təsadüf edir. Beləliklə, sentyabrda 4 gün qeyri-iş günü olacaq.
Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur.
7news.az








