RU
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
12:40
30

Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə - 18-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi distant (məsafədən) formada keçirilir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər "Rəqəmsal məktəb" platforması üzərindən tədris olunur.

Müəllimlər şəxsi kabinetlərindəki "Microsoft" alətləri bölməsi vasitəsilə "Teams" platformasına keçid edərək dərs cədvəllərini hazırlayırlar.

Onlayn dərslərə qoşulmaq üçün tədris məlumatları platforma üzərindən şagirdlərlə paylaşılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ