RU
Bu il 13 min şəxsə əlillik təyin olunub
15:00
90

Bu il 13 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

Bu barədə 7News.Az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ