RU
Bu il Azərbaycanda 717 nəfər İİV-ə yoluxub
18:00
72

Bu il Azərbaycanda 717 nəfər İİV-ə yoluxub

Bu il Azərbaycanda 717 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

"Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub", - məlumatda qeyd edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ