DSK məlumat yaydı.
Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 milyard 363,8 milyon manatlıq xidmət göstərib ki, onun da 72,8%-i əhali sektoruna aid olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
“2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,6%-i və ya 731,1 milyon manatı mobil telefon rabitəsindən yaranıb”, - deyə komitədən qeyd edilib./oxu
7news.az








