Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən "802” qaynar xətt əlaqə mərkəzinə bu ilin 6 ayı ərzində 52 müraciət daxil olub.
7NEWS.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib. Qeyd edilib ki, onlardan 13-ü narkotik vasitələrin qanunsuz satışı (9 müraciət əsasında cinayət işi başlanılıb, 3 məlumat öz təsdiqini tapmayıb, 1 fakt üzrə əməliyyat tədirləri davam etdirilir), 21-i narkomaniyadan müalicə (16 nəfər müalicəyə qəbul olunub), 18-i isə digər məsələlərlə bağlı olub. Qeyd olunan müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilib.








