"Bu ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digəriləri üzrə isə müvafiq qərarlar qəbul edilib".
Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" adlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib:
"Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb".
İdarə rəisi bildirib ki, 2023-cü ildə ağackəsmə ilə bağlı 7 vəzifəli şəxs barəsində cinayət işi başlanıb: "2022-ci ildə isə vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində 84 cinayət işi açılıb".








