7NEWS.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsinin enerji resursu istehsalı ilə bağlı qiymətləndirmələr edib. Kömür hasilatının bu il keçən ilə nisbətən dəyişməyərək 440 milyon ton olacağını bildirən Novak, "Neft hasilatının 527 milyon ton olmasını gözləyirik, keçən il 535 milyon ton idi" -deyib.
7NEWS.az








