RU
Bu ilin məzunları üçün kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı
14:09
1765

Bu ilin məzunları üçün kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Ümumi orta (9 illik)  və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər TQDK-nın internet saytında  “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik)  üzrə 08‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaq./lent.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ