Onlar hazırda dünyanın ən çox təqib olunan, ən ciddi problemlərlə üzləşən insan toplusudur. Tropik cəngəlliklərdə, selvalarda yaşayan bu insanlar həyatları uğrunda mübarizə aparır, döyüşür, amma sürəkli uduzurlar.
Çünki onlar meşədə yaşayan qəbilə, rəqibləri isə çağdaş sivilizasiya, böyük şirkətlər, transmilli korporasiyalardır.
Onlar avalardır.
7News.Az bildirir ki, "National Geographic" Braziliya ilə Peru sərhəddinin yaxınlığında yaşayan, Amazoniyanın şərq hissəsində məskunlaşan ava və ya quaja qəbiləsinin 600 mənsubu var. Həmin insanların 100 nəfəri, ümumiyyətlə, ətraf aləmlə əsla təmasda olmayıblar.
Bu insanlar elektrik enerjisi, qaz sobası, şpris, saat, televizor, telefon və s.-nin nə olduğunu, ümumiyyətlə, bilmirlər.
Braziliyalı alimlərin "armadilyo-amazonlular" dedikləri avalar Amazoniyada ağacları qıraraq meşələrə divan tutan, mədənləri istismar etmək üçün ekoloji faciələr törədən şirkətləri özlərinə düşmən sayırlar.
Çünki həmin şirkətlərin işçiləri avaların əsrlərdən bəri gələn yaşamına müdaxilə edirlər.
Avalar mübarizə aparırlar, amma sürəkli uduzurlar. Hər məğlubiyyətdən sonra selvanın dərinlikərinə doğru daha bir qədər geri çəkilən avaların həyatı təhlükədədir.
Qızıl axtaranların, habelə cəngəlliyin sıx yerlərində narkotik plantasiyaları salan narkobaronların muzdlu silahlı dəstələrindən qaçan avalar sürəkli ölüm riski ilə yaşayırlar.
Braziliyanın hakimiyyət dairələri "Posto Awa" adlı mühafizə olunan qoruq yaradaraq avaları mühafizə etməyə çalışır. Həmin qoruqda indi 5 ava ailəsi yaşayır.
7News.Az












