RU
Bu ixtisaslar üçün elektron qeydiyyat başladı
16:33
1356

Bu ixtisaslar üçün elektron qeydiyyat başladı

Azərbaycanda ümumi  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ümumi  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra  iyunun 2-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər TQDK tərəfindən keçirilən qəbul  - cari ilin məzunları buraxılış  imtahanında iştirak edirlər.İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilən cədvəl üzrə iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər.

Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçən abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər.İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ