RU
16:23
626

"Bu kanal Azərbaycanda qanunsuz yayımlanır" - MTRŞ sədri

"NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”.
 
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub: "Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.

MTRŞ sədri qeyd edib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər: "Çox mərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.///Report
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ