RU
23:25
1514

"Bu, kanal rəhbərliyinin qərarıdır" - İsmayıl Həsənov "Ferma"dan danışdı

ARB TV-də yayımlanan "Ferma" verilişinin yayımı dayandırılıb.

 

Məsələ ilə bağlı kanalın strateji inkişaf və media direktoru İsmayıl Həsənov Teleqraf.com-a danışıb:

 

- İsmayıl müəllim, "Ferma" verilişinin yayımının qəflətən dayandırılmasının səbəbi nədir?

 

- Bu, kanal rəhbərliyinin qərarıdır. Yaxın günlərdə onun yerinə hansı layihənin yayımlanacağı haqqında məlumat veriləcək.

 

- Verilişin yenidən bərpa edilməsi gözlənirmi?

 

- Hələ o haqda heç nə deyə bilmərəm. Rəhbərliyin qərarından asılıdır. Yəqin yaxın günlərdə bilinəcək. Əldə olunan məlumata görə, bu gün "Ferma”nın son yayım günüdür.

 

- Reytinqli bir verilişin yayımının dayandırılmasına səbəb kimi nə göstərilir?

 

- Səbəbini bilmirik. Rəhbərlik iclas keçirdikdən sonra bu haqda məlumat verəcəyik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ