RU
Bu kənddə nə yol var, nə də avtomobil - FOTOLAR
18:36
538

Bu kənddə nə yol var, nə də avtomobil - FOTOLAR

Qithorn kəndi Niderlandın Overeysel əyalətində yerləşir. 1958-ci ildə rejissor Berta Hanstranın çəkdiyi "Fanfar” film sayəsində dünya Qithorn kəndi haqqında öyrəndi.

Çoxsaylı kanalların (180 kanal) olmasına görə bu kəndi "Niderland venesiyası” adlandırırlar. Lakin Venesiyadan fərqli olaraq, bura turist axın etmir. Hazırda kəndə 2620 nəfər sakin yaşayır.

Qithorn kəndində avtomobil yolu yoxdur və nəqliyyat kanallar vasitəsilə həyata keçirilir. Avtomobil yolu olmadığı üçün, təbii avtomobil də yoxdur. Buna görə hava çox təmizdir, kənd özü isə səssiz. Burada yalnız velosipedçilər üçün yol salınıb.

7News.az cənnətə bənzəyən Qithorn kəndinin fotolarını təqdim edir.


















 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ