RU
Bu kişiyə ata demək olarmı? - Azərbaycanda ailə faciəsi - VİDEO
01:50
608

Bu kişiyə ata demək olarmı? - Azərbaycanda ailə faciəsi - VİDEO

2 qızı və bir oğlu ilə birlikdə talesizliyinin cəzasını çəkir.

36 yaşlı Əfsanə Muradovanın ilk evliliyi uğursuz olub. Daha sonra yenidən ailə quraraq xoşbəxt yaşamaq istəsə də, amma bu da çox çəkməyib.

İkinci dəfə rəfiqəsinin yaxını ilə tanış olub, onunla ailə həyatı qurmaq qərarına gəlib. Ancaq işlər gözlədiyi kimi getməyib. Həyatında zorakılıq, işgəncə və təhqirlər dövrü başlayıb.

Əfsanənin özünün gördüyü zorakılıq azmış kimi, 3 uşağı da onun aqibətini yaşayıb. Ögey ataları 14, 12 və 9 yaşlı uşaqlarını daim təhqir edib və döyüb.

Atalıqlarının zülmünə dözə bilməyən uşaqlar çarəni evdən qaçmaqda görüblər. Daha sonra Bakıdakı sığınacaqlardan birinə yerləşdiriliblər.

Qadının iddiasına görə, həyat yoldaşının onlara qarşı etdiyi zorakılıqlara qarşı dəfələrlə polisə müraciət etmək istəsə də, həyat yoldaşının onu və uşaqları öldürməklə hədələməsi buna mane olub.

Hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşan ailə ilə reablitasiya işləri aparılır.

İndi sığınacaqda olan ailənin yeganə arzusu öz evlərinə qayıtmaq və həyatlarına davam etməkdir. /xezerxeber.az/

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ