Koronavirus futbolçular arasında sürətlə yayılır. Meksikanın "Santos Laquna” klubunun 8 futbolçusunun test nəticələri pozitiv çıxıb.
7News.Az xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Liqadan "Santos Laquna”nın 8 futbolçusunun koronavirusa yoluxduğunu təsdiqləyiblər. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb.
Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionat erkən yekunlaşdırılıb.








